“Syntax” QSC şirkəti 2014-cü ildə təsis olunmuşdur. Şirkətin əsas fəaliyyət istiqamətini informasiya texnologiyası xidmətlərinin və həllərinin təqdim olunması təşkil edir. Buraya İT infrastrukturun qurulması, korporativ şəbəkə və telefoniya sistemləri layihələrinin hazırlanaraq icra olunması, xüsusi proqram təminatı məhsullarının yaradılması və bu sahələr üzrə peşəkar xidmətlərin göstərilməsi aiddir. Şirkətimiz tərəfindən iri və orta biznes qurumlarına istiqamətlənən korporativ idarəetmə, maliyyə və biznes-proseslərin avtomatlaşdırılması üzrə qabaqcıl proqram və aparat həllərinin tətbiqi, təkmilləşdirilməsi, texniki dəstək və inteqrasiyası xidmətləri təklif edilir. Qeyd olunan xidmətlərin və məhsulların keyfiyyətlə və tələb olunan səviyyədə təqdim edilməsi yüksək ixtisaslı mütəxəssislər komandamızın olması ilə bağlıdır.